Güclü Azərbaycan naminə xalqımız növbəti dəfə layiqli namizədini seçdi
Siyasət

Güclü Azərbaycan naminə xalqımız növbəti dəfə layiqli namizədini seçdi

Vətəndaşların seçkidəki fəallığı şanlı tariximizə qızıl hərflərlə yazıldı

Xalqımız növbəti dəfə öz layiqli liderinə inamını ifadə etdi. Bir daha xalq olaraq göstərdik ki, müzəffər Ali Baş Komandanımıza etimadımız tamdır.

Yüksək səviyyədə keçirilən bu seçki Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı və yaddaşlardan heç vaxt silinməyəcək. Göründüyü kimi, xalq bu seçkidə bayram əhvali-ruhiyyəsi ilə iştirak etdi. 2023-cü il sentyabrın 20-də Azərbaycan öz dövlət suverenliyini bütün ərazilərində bərpa etdi. Qlobal xaos fonunda öz sabitliyini qoruyan Azərbaycanda zəfər seçkisi keçirildi və gözlənildiyi kimi, ölkə başçımız böyük üstünlüklə qələbə qazandı. Burada əsas məqam xalqın öz liderinin yanında olması və ən gəncindən ən yaşlı vətəndaşına qədər Azərbaycanın gələcəyinə səs verməsi idi. Azərbaycanı sevməyən qüvvələr bu gün bir daha şahid oldular ki, Prezidentimizlə xalq arasında olan birlik heç bir qüvvə tərəfindən pozula bilməz. Bir neçə il öncə heç kim düşünə bilməzdi ki, prezident seçkiləri ölkənin bütün ərazilərində keçiriləcək.

Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində məhz Xankəndi şəhərində səs verməsi bütün dünyaya bir mesaj idi: Qarabağ bu gün tamamilə Azərbaycandır. Bu addım bütün mənalarda qürurvericidir. Tarix boyu bu seçkini xatırlayacağıq. Çünki qarşıda bizi daha güclü Azərbaycan gözləyir. Güclü Azərbaycan isə cənab Prezidentimizin sayəsində yaradılacaq. Güclü Azərbaycan naminə xalqımız növbəti dəfə layiqli namizədini seçdi.           

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.