Göyçay şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir
Digər xəbərlər

Göyçay şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100- ildönümü ilə əlaqədar "Heydər Əliyev təhlükəsizlik orqanları" adlı növbəti tədbir Göyçay şəhərində təşkil olunmuşdur.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, DTX-nin rəhbər şəxsləri əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Göyçay şəhərində ucaldılmış abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyularaq dərin ehtiram bildirilmişdir.

Qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin nümayiş olunduğu guşə ilə tanış olduqdan sonra tədbir açıq elan edilmişdir.

Öncə dahi rəhbər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş Dövlət Himni səsləndirilmişdir.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbir iştirakçılarını salamlayaraq belə bir tədbirin keçirilməsinin rayonun ictimai həyatında önəmli hadisə olduğunu qeyd etmişdir. Heydər Əliyevin təhlükəsizlik orqanlarından başlayan mənalı ömrünün hər anının bir tarix olduğunu vurğulayan Natiq Ağayev dahi şəxsiyyətin bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi qüdrətlənməsi yolunda gördüyü ölçüyəgəlməz işlərdən, respublikamızın təhlükəsizliyinin ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən hazırda Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisindən geniş söhbət açmışdır.

Tədbirin digər çıxışçıları görkəmli dövlət xadimi Heydər Əliyevin təhlükəsizlik orqanlarının tarixində ilk azərbaycanlı general olaraq sözügedən təsisatın inkişafına misilsiz töhfələr verdiyini, milli kadrlarla komplektləşdirdiyini, Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da təhlükəsizlik qurumunun fəaliyyətini daim diqqət mərkəzində saxladığını vurğulamış, bugünkü dövrdə Azərbaycan xüsusi xidmət orqanlarının öz işini məhz Heydər Əliyevin vaxtilə təhlükəsizlik təşkilatında təməlini qoyduğu prinsiplər əsasında qurduğunu nəzərə çatdırmışlar.

Sonda tədbir iştirakçıları DTX-nin Azərbaycan Televiziyası ilə birgə ərsəyə gətirdiyi "Konfidensial" layihəsinin növbəti buraxılışı olan Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş "Port-Pəhləvi" əməliyyatından bəhs edən sənədli filmə tamaşa etmişlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti.