Əsirlərin anaları danışdı
Gündəm

Əsirlərin anaları danışdı

Şəlalə xanım sevincini bölüşərkən bu fikirləri səsləndirib: 

“Övladımı “super”  formada qarşılamaq istəyirəm. Bacısı, digər oğlum və , dostları onu qarşılamağa hazırlaşırlar. Bayraqlarımızla önünə getməyə hazırlaşırıq. Sevincimin həddi-hüdudu yoxdur”.

Əsirlikdən azad ediləcək növbəti əsgərimiz Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da hisslərini bölüşüb. O, deyib ki, oğlunun gəlişinin şərəfinə çadır qurub şadyanalıq edəcəklər:

“Sevincdən nə yerdəyəm, nə də göydə... Balam gecə yuxuma girib. Yuxuda gördüm ki, üstümə qaçır, məni möhkəm qucaqlayır. Doyunca yuxuda öpmüşəm onu... İki ana gecə yatmamışıq. Ağrılarımıza görə sadəcə 2 saat mürgülədik. Onda da balam yuxuma girdi. Bu günümüzə min şükür edirəm. Cənab Prezidentə çox təşəkkür edirəm. Hər sözümün başında da, sonunda da o dahi şəxsiyyətdir. Bu sevinci biz analara yaşatdığına görə ona nə qədər təşəkkür etsəm, azdır. Sanki övladımı dünyaya yenidən gətirmişəm. Oğlum üçün çadır qurub, şənlik edəcəm. Bayraqlarla, maşınlarla startda dayanmışıq”.