Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı
Sosial həyat

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramı üzrə daha 200 şəxsə iş yerlərinə göndəriş verilib.

Nazirliyini ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin şəxslərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla, müvafiq işəgötürənlərə də dəstək məqsədi daşıyır. Ümumilikdə iki il əvvəl icrasına başlanan proqram üzrə ötən dövrdə 500-dən çox işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb  və bu əməkdaşlıq çərçivəsində 3727 şəxsə iş yerlərinə göndəriş verilib.

"Respublika".