Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinə 568 milyon sorğu və müraciət qeydə alınıb
Sosial həyat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinə 568 milyon sorğu və müraciət qeydə alınıb

Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların tətbiqi aparılan sosial islahatların əsas istiqamətlərindən biridir. 2018-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə geniş rəqəmsallaşdırma proqramı icra olunub və hazırda Nazirlik üzrə 153 xidmətdən 143-ü e-qaydada təqdim edilir. Bu barədə məlumat 30 may nazirliyin mətbuat xidmətindən bildirilir.

Həmin dövrdə Nazirliyin e-sistemlərinə edilmiş e-sorğu və müraciət sayı 568 milyon, e-xidmətlərinə müraciət sayı 63,4 milyon olub. 2019-cu ilin əvvəlindən 51 proaktiv xidmət yaradılaraq 720 min təyinat proaktiv qaydada həyata keçirilib. 31 e-arayış xidməti üzərindən 3,3 milyon e-arayış verilib, elektron qaydada 691 min fərdi hesab açılıb.

“Respublika”.