Əlillik və reabilitasiya xidmətləri ilə bağlı statistika açıqlanıb
Sosial həyat

Əlillik və reabilitasiya xidmətləri ilə bağlı statistika açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-avqust ayları ərzində 34,1 min şəxsə əlillik təyin edilib. Onlardan 16,8 mininə ilkin, 17,3 mininə təkrar əlillik təyinatı aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Respublika"ya verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi elektron sistem vasitəsilə, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumat əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Bu ilin 8 ayında agentliyin reabilitasiya mərkəzləri tərəfindən 49,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.