Elektron siqaretlər: ÜST hökumətləri əhalinin sağlamlığını qorumağa çağırır
Gündəm

Elektron siqaretlər: ÜST hökumətləri əhalinin sağlamlığını qorumağa çağırır

Uşaqları və siqaret çəkməyənləri müdafiə etmək və əhalinin sağlamlığına çox zərərli təsiri azaltmaq məqsədilə təcili olaraq elektron siqaretlər ilə bağlı məhdudlaşdırıcı tədbirlər görmək lazımdır.

 "Respublika" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-nin məlumatlarına əsasən, elektron siqaretlər tütünün istifadəsindən imtinaya sıbıb olmur, eyni zamanda, onlar özü-özlüyündə sağlamlıq üçün təhlükəlidir. Buna baxmayaraq, bu məhsul bir çox ölkədə məhdudiyyətsiz satılır və gənclər arasında geniş reklam olunur.

Hazırda elektron siqaretlərin satışı yalnız 34 ölkədə qadağan olunub, 88 ölkədə onların satışına icazə verilən minimal yaş həddi müəyyən edilməyib, 74 ölkədə isə bu cür ziyanlı məhsula normativ məhdudiyyətlər ümumiyyətlə mövcud deyil.

Uşaqlar erkən yaşından nikotinə aludə olma riski ilə üzləşərək, çox zərərli vərdiş olan elektron siqaret çəkməyə öyrəşirlər, – deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib. – Vətəndaşlarının, xüsusilə də uşaqların və gənclərin müdafiəsi naminə ölkələri təkidlə elektron siqaretlərin yayılmasının qarşısının alınmasına dair sərt tədbirlər görməyə çağırıram”.

Nikotinli elektron siqaretlər güclü asılılıq yaradır və sağlamlığa ziyan vurur. Onların sağlamlığa uzunmüddətli təsiri hələ tam öyrənilməyib, lakin müəyyən olunub ki, onlar, xüsusilə xərçəngə gətirib çıxaran və ürək-damar, ağciyər xəstəlikləri riskini artıran zərərli maddələr ixrac edir.

Gənclərdə elektron siqaretlər, həmçinin beyinin inkişafına mənfi təsir edə və qavrama qabiliyyətinin pozulmasına gətirib çıxara bilər. Hamilə qadınlarda elektron siqaretlər dölün inkişafına mənfi təsir göstərə bilər. Bundan əlavə, elektron siqaretlərin ixrac etdiyi maddələrlə təmas ətrafda olan insanlar üçün təhlükəlidir.

“Elektron siqaretlər 16 mindən artıq müxtəlif dada malikdir və sosial şəbəkələr vasitəsilə uşaqlar arşında təbliğ olunur. Bəzi hallarda bu cür məmulatların təşviqi üçün multiplikasiya personajların obrazları və böyüməkdə olan nəsli cəlb edən zərif dizayndan istifadə edilir. Uşaqlar və gənclər arasında elektron siqaretlərin yayılması miqyası həyəcanlı templərlə, bəzi ölkələrdə isə böyüklərlə müqayisədə daha sürətlə artır”, – deyə ÜST-nin sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə direktoru Rüdiqer Krex bildirib.

ÜST-nin bütün regionlarında elektron siqaretlər böyüklərlə müqayisədə 13-15 yaşlı uşaqlar arasında daha populyardır.

Tütün əleyhinə mübarizəyə kompleks yanaşma ilə yanaşı və milli şərait nəzərə alınmaqla, elektron siqaretlərin yayılmasının qarşısının alınması və nikotin asılılığı ilə mübarizə üçün təcili tədbirlər tələb olunur.

Əldə olan məlumatlar əsasında hökumətlərə tütündən istifadənin dayandırılmasına kömək edəcək istehlak malları qismində elektron siqaretlərin satışına icazə vermək tövsiyə edilmir.

Tütün sənayesi sağlamlığın itirilməsi hesabına qazanc əldə edir, həmçinin hökumətlərin yanında, siyasi masa arxasında yer almağa və sağlamlığın mühafizəsi ilə bağlı tədbirlərdən imtinanı təşviq etməyə çalışaraq, məhsullarını müasirləşdirir. ÜST narahatdır ki, tütün şirkətləri bu cür məmulatların guya daha az ziyanlı olmasına dair yalançı elmi sübutların toplanması və yayılmasını maliyyələşdirir, eyni zamanda, uşaqlar və çəkməyənlər arasında onları yaymaqla milyardlarla siqaret satmağa davam edirlər.

Uşaqlar və yeniyetmələr tərəfindən elektron siqaretlərdən istifadə və onların sağlamlıq üçün zərəri barədə artan məlumat həcmini nəzərə alaraq, bu zərərli vərdişin yayılması əleyhinə qətiyyətli tədbirlər görmək lazımdır.