“Elberg” tikinti materialları istehsalı zavodudur
Region

“Elberg” tikinti materialları istehsalı zavodudur

Hacıqabul

İki ildən artıqdır ki, dövlət Başçımızın xeyir-duası ilə istifadəyə verilən Hacıqabul Sənaye Məhəlləsi fəaliyyət göstərir. Məhəllədə yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir.

Burada tikinti materialları gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçirilir.

Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Müəssisə fəaliyyətə başladıqdan sonra ölkədə istehsal avadanlıqları və qurğularına olan tələbatı qismən ödəməklə yanaşı, yeni ixrac imkanları da yaratmışdır.

Müəssisənin yaradılmasında əsas məqsədlərdən biri də ilk növbədə, Hacıqabulda yeni iş yerlərinin açılmasına nail olmaq idi. Burada əsas fəaliyyət sahəsi tikinti materialları istehsal etməkdir. Yüksək keyfiyyətli tikinti materialları isə ilk növbədə normal təyinatlı xammaldan hazırlanır. “Elberg” Sənaye Məhəlləsində xammal olmadığı üçün tikinti materialları istehsal edən zavoddur.

Müəssisə normal işləyir, məhsulun keyfiyyəti mütəxəssisləri razı salır, işçilərin əksəriyyəti Hacıqabul rayonundan olan sakinlərdir. Yeri gəlmişkən deyək ki, bu layihə Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır.

Tofiq Hüseyn,

“Respublika”.