Ekspert rəyi: Formula 1-in Azərbaycan Qran-Prisi
MÜSAHİBƏLƏR

Ekspert rəyi: Formula 1-in Azərbaycan Qran-Prisi

Paytaxt Bakı daha bir beynəlxalq tədbirəFormula 1 Qran-Prisinə evsahibliyi edir. Dünyaca məşhur yarışın ölkəmizə hansı üstünlükləri qazandıracağını qeyd edən politoloq Tural İsmayılov məsələyə bu cür münasibət bildirib:

- Formula 1 yarışlarının  ölkəmiz üçün  çox böyük əhəmiyyəti var. Əvvəlanəzərə almaq lazımdır ki, bu yarış dünyanın  ən çox maraq cəlb edən idman tədbirlərindən biridir. Həm maddi dividendlər gətirməsi, həm dünya idmanında səs-küyə səbəb olması baxımından, səviyyəsinə görə Formula 1 ən vacib yarışlardan biridir dünya idman arenasında çox böyük azarkeş kütləsi var. Həmçinin investisiya xarakterli yarış olduğundan reklam gəlirləri kifayət qədərdir. Təəccüblü deyil ki, xarici ölkələrin qabaqcıl avtomobil şirkətləri Formulailə əməkdaşlıq edir bu, həm   yarışların reklam piyar komponentləri baxımından da çox  zəngindir. Ona görə biz bu mövzuya ənənəvi idman yarışları səviyyəsində baxmamalıyıq. Çünki bu tədbir digərlərindən üstündür siyasi əhəmiyyətə malikdir.

Ekspert əlavə edib ki, Formula 1-in keçirildiyi ölkələrə dünyanın ən bahalı avtomobil şirkətlərinin sahibləri, böyük investorlar səfərlər edirlər. Yarışın keçirildiyi məkan haqqında ayrı-ayrı reportajlar dünyanın nüfuzlu kütləvi informasiya agentliklərində dərc edilir. Ona görə Azərbaycanın informasiya savaşında da qalib gəlməsinə müsbət töhfələr verəcək. Yarışların keçirildiyi müddətdə Azərbaycana bir çox xarici media nümayəndələrinin qurumları gəlir ölkəmiz haqqında müxtəlif süjetlər, reportajlar hazırlayır, məlumatlar verirlər. Hesab edirəm ki, turizmin inkişafı ilə yanaşı, ölkəmizin siyasi maraqlarının dünya mətbuatında nümayiş etdirilməsi baxımından da əhəmiyyəti böyükdür.

Musa BAĞIRLI,

"Respublika".