Ekmeleddin İhsanoğlu: Qayıdış prosesində hər kəs Azərbaycanın yanında olmalıdır
MÜSAHİBƏLƏR

Ekmeleddin İhsanoğlu: Qayıdış prosesində hər kəs Azərbaycanın yanında olmalıdır

Qlobal Bakı Forumunun İslam dünyası üçün xüsusi yeri var. Burada önəmli insanlar bir sıra problemli məsələləri həll etmək üçün müzakirələr aparırlar, - deyə İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmeleddin İhsanoğlu bildirib.

Türkiyənin Azərbaycanın Qarabağ məsələsində mövqeyini daim dəstəklədiyini vurğulayan sabiq Baş katib qeyd edib: "İnanırıq ki, yurd-yuvasından didərgin düşmüş insanlar tezlikdə öz evlərinə qayıdacaqlar. Fikrimcə, hər kəs bu məsələlərdə Azərbaycanın yanında olmalıdır, çünki gələcəkdə onlar Azərbaycanın köməyinə möhtac olacaqlar".