Əkin sahələrinin 26,5 faizində biçin yekunlaşıb
İQTİSADİYYAT

Əkin sahələrinin 26,5 faizində biçin yekunlaşıb

Respublikada taxıl biçini prosesi sürətlə davam edir. Artıq payızlıq əkin sahələrinin 26,5 faizində biçin başa çatıb. Bugünədək sahələrdən 641423 ton arpa, 213460 buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 52,8 faizində, buğda sahələrinin isə 10 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29.8 sentner, buğda üzrə isə 33,3 sentner təşkil edir. 19 iyun KTN-nin məlumatında xəbər verilir.

Respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə 1446 kombayn cəlb olunub. Ölkə üzrə biçin aparılmış sahələrin 83995 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. “Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.   

Bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

“Respublika”.