DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır
Sosial həyat

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, eləcə də nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınmasına yönəlmiş profilaktiki tədbirləri fasiləsiz olaraq davam etdirirlər. 

İdarədən "Respublika"ya verilən məlumata görə, aprelin 15-də DYP əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan çox olan nəqliyyat vasitələri müəyyənləşdirilib və onların sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib.