Vətən müharibəsinin 2-ci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.
AZƏRTAC