“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1016-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1016-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1016-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1467; 2018, № 4, maddə 687; 2019, № 3, maddə 405, № 5, maddələr 848, 852; 2020, № 6, maddə 698; 2022, № 8, maddə 895) ilə təsdiq edilmiş 4 nömrəli Əlavə – “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasda “Rabitə” sözü “Telekommunikasiya və poçt rabitəsi” sözləri ilə əvəz edilsin;

1.2. 3.2-ci bənddə “rabitə” sözü “telekommunikasiya” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407, № 8, maddə 1044; 2021, № 6 (I kitab), maddə 593, № 12, maddələr 1356, 1430; 2022, № 5, maddə 459, № 11, maddə 1264; 2023, № 3, maddə 368, № 4, maddələr 474, 499, № 9, maddə 1285) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.36-cı yarımbəndində “rabitə” sözü “telekommunikasiya” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyul tarixli 1079 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 859; 2021, № 7, maddə 728) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın 1-ci hissəsində “Rabitə” sözü “Telekommunikasiya” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 noyabr 2023-cü il.