Dostluq münasibətləri genişlənir
Siyasət

Dostluq münasibətləri genişlənir

Son illərdə Azərbaycanın region dövlətləri, o cümlədən Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Ölkə başçımızın türkdilli ölkələrə, Mərkəzi Asiyaya, həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası ilə əlaqələrimizin genişlənməsini şərtləndirir. Azərbaycan istər enerji, istərsə neft-qaz sahəsində region ətraf ölkələrə böyük töhfələr verir. İmzalanmış ikitərəfli strateji dostluq bəyannamələri gələcək üçün möhkəm zəmin yaradır.

Türk dövlətləri ilə olan münasibət dünyaya nümunədir. Qarşılıqlı əlaqələrdə, həmçinin birgə atılan addımlarda Prezident İlham Əliyevin böyük rolu var. Martın 16-da keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada baş tutmuşdu. Fövqəladə toplantının keçirilməsinin əsas səbəbi fevralın 6-da Türkiyədə dəhşətli zəlzələnin baş verməsi nəticəsində 50 minə yaxın əhalinin həlak olması qardaş ölkədə yaranan vəziyyət olub. Tarixi qələbəmizdən sonra Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat-logistika imkanlarının genişlənməsi istiqamətində görülən işlər ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Azərbaycana qarşı artan marağın bir digər səbəbi isə Çindən Avropaya gedən ən qısa təhlükəsiz tranzit daşımaların məhz ölkəmizin ərazisindən keçməsidir.

Ölkəmizin Tacikistanla da münasibətləri genişlənir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Tacikistanda Azərbaycanın, növbəti il isə Azərbaycanda Tacikistanın səfirliyi açılıb. Bu il Azərbaycan-Tacikistan arasında diplomatik əlaqələrin artıq 31-ci ildönümüdür. Bunun şərəfinə aprelin 5- Prezident İlham Əliyevin Tacikistana səfəri baş tutub. Görüş zamanı iki ölkə arasında 14 strateji sənəd imzalanıb. İllərdir davam edən münasibətlər haqqında danışan ölkə başçısı deyib: "Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990- illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm Prezident Heydər Əliyev, - hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün mümkündürsə etdilər buna nail oldular. Bu gün Tacikistan Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa investisiyalar olacaq, tərəqqi insanların rahatlığı".

Azərbaycan Tacikistanın bir digər ortaq xüsusiyyəti isə iki ölkənin paytaxtlarının dillər əzbəri olmasıdır. İstər Bakı, istərsə Düşənbə özündə keçmişlə bu günümüzün ahəngini birləşdirir. Həmçinin Prezident İlham Əliyev öz çıxışı zamanı Düşənbə şəhərinin inkişafından da danışıb.

Düşənbə Şərq ekzotikası Mərkəzi Asiya xarizmasını özündə birləşdirən şəhərdir. Ölkənin sözün əsl mənasında göz bəbəyi, incisi onun paytaxtıdır. Ölkənin mərkəzi qədər inkişaf etsə, bununla yanaşı, öz tarixi izlərini özündə daşısa, bir o qədər onu irəli aparar. Turistlər hər zaman ilkin olaraq paytaxtı ziyarət edirlər. İlk təəssürat ümumi ölkə haqqında təəssürat üçün zəmin yaradır, körpü rolunu oynayır. Bu cəhətdən Azərbaycan Tacikistanın paytaxtları öz gözəllikləri ilə insanı valeh edirlər. Hər iki paytaxt arasında ötən il qardaşlaşma haqqında memorandum imzalanıb. Memoranduma əsasən, paytaxt şəhərləri arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi əsas məqsəd kimi nəzərdə tutulub. Qeyd edək ki, mayın 30-dan etibarən Bakıdan Düşənbəyə əks istiqamətdə birbaşa uçuşlar yerinə yetiriləcək. Bu da yaranan əlaqələrin daha da inkişaf etməsinə təkan verir.

Hazırda ölkələr arasında bir çox sahədə əməkdaşlıq mövcuddur. Bunun əsası isə 2007-ci il martın 15- imzalanan "Azərbaycan Respublikası Tacikistan Respublikası arasında dostluq əməkdaşlıq haqqında Müqavilə" uyğun qoyulub. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq əməkdaşlıq qrupu fəaliyyət göstərir. Həmçinin ticarət sahəsində mühüm addımlar atılır. Buna əsasən, Azərbaycan Tacikistanda Hökumətlərarası Komissiya yaradılıb. Hazırda bütün dünyada ən əsas məsələ yüksək səviyyəli təhlükəsiz təhsil almaqdır. İki ölkə təhlükəsizlik siyahısında ön sıralardadır. Bu cəhətdən cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən 2 nəfər "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol"a əsasən təhsil alır. Hazırda Azərbaycan Tacikistan Aqrar universitetləri arasında müəllim tələbələrin mübadiləsi proqramları mövcuddur. Azərbaycan Tacikistan müstəqilliklərini bərpa etdikləri gündən qardaşlıq, dostluq münasibətləri gündən-günə inkişaf edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".