Diqqət və qayğı mənəvi borcdur
Sosial həyat

Diqqət və qayğı mənəvi borcdur

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə birinci və ikinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad edildi.

İlk olaraq Sumqayıt şəhər Şəhidlər Xiyabanında, daha sonra Suraxanı rayonunun "Dədə Qorqud" qəbiristanlığında, II Fəxri Xiyabanda, Sabunçu rayonunun Ramana qəbiristanlığında, Şirvan Şəhidlər Xiyabanında dəfn olunan rayon şəhidlərinin məzarları rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, hüquq-mühafizə orqanları, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri və rayon ziyalılarının  iştirakı ilə ziyarət edildi. Məzarları üzərinə gül dəstələri düzüldü və dualar oxundu. Sonra şəhid ailələri ilə görüşlər keçirilərək qayğı və problemləri öyrənilib.

Rayonda şəhid ailələrinə diqqət və qayğı hər bir məmurun və vətəndaşın mənəvi borcuna çevrildiyindən mütəmadi tədbirlər keçirilir və onların vəziyyəti daim diqqət mərkəzində saxlanılır. Şəhid ailələri onlara göstərilən hərtərəfli dəstəyi yüksək qiymətləndirir, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

M.NƏRİMANOĞLU,

"Respublika".