Diqqət və qayğı daimidir
Sosial həyat

Diqqət və qayğı daimidir

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri Zaqatala rayonunda da diqqət və qayğı ilə əhatə olunublar. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müvafiq qurumların rəhbərləri ilə birlikdə şəhid ailələrini ziyarət edir, sosial durumları və problemləri ilə maraqlanır, onların şikayət və təkliflərini dinləyir.

Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə müzəffər Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan müddətli hərbi qulluqçular Elşən Çobanov və Heydər Əliyev evlərində ziyarət olunublar.

Rayon rəhbərliyi paytaxtın tibb ocaqlarında müalicədən sonra evlərinə dönən gənclərlə həmsöhbət olub, onların səhhəti və müalicələri ilə maraqlanıb, ailələrin problemlərini öyrənib, lazımi köməklik və yardım göstərib.

Rayon rəhbərliyi şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri ilə birlikdə ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Hüseyn Xanməmmədovun qırx mərasimində də iştirak edib.

M.NƏRİMANOĞLU,

"Respublika".