DİN: Son iki gündə 108 cinayətin açılması təmin olunub
Sosial həyat

DİN: Son iki gündə 108 cinayətin açılması təmin olunub

Martın 30-31-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

"Respublika" xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanılıb.