Dekabrın 17-də Azərbaycanda COVID-19 əleyhinə 501 doza vaksin vurulub
Səhiyyə

Dekabrın 17-də Azərbaycanda COVID-19 əleyhinə 501 doza vaksin vurulub

Dekabrın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 501 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 176, ikinci doza vaksinlərin sayı 65, üç və daha çox doza vaksinlərin sayı 228, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 32-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 927 min 626, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 553, ikinci mərhələ üzrə 4 milyon 874 min 955, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 757, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 361-dir.          

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 106 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 106 yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 min 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 801 nəfər müalicə olunaraq sağalıb, 9 min 993 nəfər vəfat edib. Aktiv xəstə sayı 543 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 184, indiyə qədər isə ümumilikdə 7 milyon 405 min 485 test icra olunub.