Dekabrın 12-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Dekabrın 12-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Dekabrın 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 925 min 954, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 955, ikinci mərhələ üzrə 4 milyon 874 min 717, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 52, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 230-dur.

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 524 nəfər müalicə olunaraq sağalıb, 9 min 987 nəfər vəfat edib. Aktiv xəstə sayı 368 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, indiyə qədər isə ümumilikdə 7 milyon 395 min 267 test icra olunub.