Cəbrayılda bərpa-quruculuq işləri uğurla davam etdirilir
Digər xəbərlər

Cəbrayılda bərpa-quruculuq işləri uğurla davam etdirilir

Cəbrayıl şəhəri rayonu 1993- il avqustun 23- işğal edilmişdi. İşğal vaxtı  Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə 97 kənddən ibarət olub. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib. 1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.

Azərbaycan Ordusunun 1994- il yanvar ayının 5- keçirdiyi Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi eləcə bəzi strateji yüksəkliklər işğalçılardan azad edilib. 2016- ilin aprel döyüşləri zamanı isə ordumuzun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilib. Azərbaycan Ordusunun bu uğurları ölkəmizi böyük qələbəyə yaxınlaşdırıb.

2020-ci ildə Azərbaycan xalqı sübut etdi ki, işğalla barışmayıb düşmən 27 sentyabr tarixində növbəti dəfə təxribatlara əl atanda ordumuzun cavabı çox ağır oldu. Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı düşməndən azad etməyə başladı. Vətən müharibəsinin ilk günü azad edilən ərazilərimizdən iki kənd məhz Cəbrayıl rayonunun kəndləri idi. Zəfər yürüşünü davam etdirən Azərbaycan Ordusu 3 oktyabr tarixində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy Quycaq kəndlərinioktyabrın 4- Cəbrayıl şəhərini rayonun 9 kəndini - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan Decal kəndlərini azad etdi. Cəbrayıl rayonu ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri 80 kənd geri qaytarıldıBununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.

Cəbrayıl rayonu azad edildikdən sonra ölkə başçısı cənab İlham Əliyev dəfələrlə rayona səfər edib. İlk səfəri zamanı Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb.

Sonuncu dəfə bu il mayın 4- isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməli qoyulub. Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb. Burada da sakinlərin məşğulluğunun təminatı ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Dövlətimizin başçısı mayın 4- "Cəbrayıl" qovşaq yarımstansiyasının da açılışını edib. Azərbaycanın ümumi enerji sisteminə yeni töhfə olan yarımstansiya Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə daha əlverişli çıxış əldə edərək ixrac imkanlarını artırmaq baxımından da xüsusi önəm daşıyır. Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi layihəsi çərçivəsində ötən il təməli qoyulan 330/110 kV-luq "Cəbrayıl" qovşaq yarımstansiyası ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq "Ağcabədi-Cəbrayıl" ötürmə xətti "Azərenerji" tərəfindən rekord müddətdə - bir ildə tikilib 330 kV-luq "Ağcabədi" yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub. İşğaldan azad edilən rayonlarda bu müddətdə 11 yerdə tikilən 110 kilovoltluq yarımstansiyaları selektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçün 330 kV-luq  "Cəbrayıl" qovşaq yarımstansiyası ilə 110 kilovoltluq "Qubadlı" yarımstansiyası arasında ötürmə xətti çəkilib. Qarabağ Şərqi Zəngəzur regionlarını yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu bölgələrin dayanıqlı fasiləsiz elektrik təchizatına nail olmaq, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, BP günəş digər bərpaolunan enerji mənbələrində, həmçinin "Xudafərin" "Qız qalası" elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilən ərazilərdə "Azərenerji" tərəfindən tikilən 25 su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün "Cəbrayıl" enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir. Perspektivdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, həmçinin Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün "Cəbrayıl" qovşaq yarımstansiyasının işə düşməsi xüsusi önəm daşıyır.

Ümumiyyətlə, işğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, obyektlər Qarabağın Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən xəbər verir.

Jalə QASIMZADƏ,

"Respublika".