Bu il narkotiklə bağlı 4277 nəfər cinayət məsuliyyətinə cəlb olunub
Digər xəbərlər

Bu il narkotiklə bağlı 4277 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bu ilin 6 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4277 nəfər cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından yayılan məlumata əsasən "Respublika" bildirir ki, onlardan 4179-u kişi, 98-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 49 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 142 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 959 kq 617,071 qr və 38418 ədəd həb metadon narkotik vasitələr və 7631 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 135-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 017 kq 567,9 qr və 190 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 157,5 qr güclü təsir edən maddə müsadirə edilib. 1530 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 958 kq 088,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.