Brüssel görüşü: Azərbaycanın haqlı mövqeyi beynəlxalq müstəvidə
Siyasət

Brüssel görüşü: Azərbaycanın haqlı mövqeyi beynəlxalq müstəvidə

Məlum olduğu kimi, bu il mayın 14- Brüsseldə növbəti dəfə üçtərəfli görüş keçirildi. Azərbaycan Ermənistan münasibətlərinin normallaşması məqsədilə baş tutan görüşdə danışıqların ölkəmiz üçün əhəmiyyətli olduğunu söyləmək mümkündür. Xatırladaq ki, Brüsseldə sonuncu üçtərəfli görüş 2022-ci ilin avqust ayında keçirilmişdir. Həmin ilin oktyabrında Praqada da görüş baş tutmuş, Fransanın vəziyyətə müdaxilə etməsindən sonra bəzi problemlər yaranmışdır. Belə ki, həmin görüşdən sonra erməni sevdalısı Fransa danışıqlar prosesinə qoşulmaq istəmiş, Ermənistanın adından bunu əsas şərt kimi irəli sürmüşdür.

Fransanın məhz bu cəhdləri ucbatından ötən il dekabrın 7- keçirilməsi nəzərdə tutulmuş görüş baş tutmamışdır. Fransa öz xain əməllərinin Ermənistan üzərindən icrasına davam edə bilməmiş, Azərbaycan tərəfindən bunun qarşısı alınmışdır. Görünür, Ermənistan özü danışıqlardan qaça bilməyəcəyinin fərqinə varmış, Paşinyan əvvəlki üçtərəfli formata qayıtmaq məcburiyyətində qalmışdır.

Görüşdə təqdirəlayiq məqamlardan biri Avropa İttifaqının sərgilədiyi mövqe idi. Çünki Şurasının Prezidenti Şarl Mişel görüş zamanı vasitəçi kimi yox, daha çox Azərbaycan Ermənistan arasında dialoqa dəstək göstərən tərəf kimi çıxış etdi. Həmçinin iyul ayında növbəti görüşün keçirilməsi barədə razılığa gəlinməsini Şarl Mişelin prosesə səmimi yanaşması kimi qiymətləndirmək mümkündür. Bundan başqa, Şarl Mişelin mətbuata verdiyi bəyanatlar da -nin ədalətli mövqeyinin göstəricisidir. Həmçinin Şarl Mişelin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulanması Alma-Ata Bəyannaməsinə istinadının təzahürüdür. Görüşdə diqqətçəkən digər məqamlardan biri isə danışıqlar prosesində Ermənistan tərəfinin 1975-ci ilin xəritələrinə istinad olunması ilə bağlı təklifinin rədd edilməsidir. Brüssel görüşünün yekununda iki ölkənin liderləri Azərbaycanın 86,6 min kvadratkilometr Ermənistanın 29,8 min kvadratkilometrlik ərazi bütövlüyünə sadiqliyini təsdiqləmişlər. Bu isə Ermənistanın Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən açıq şəkildə tanıdığını sübut etmişdir.

Avropa İttifaqının mövqeyi Ş.Mişelin  mətbuata bəyanatında Qarabağ ermənilərinin hüquq təhlükəsizliyi ilə bağlı fikrində öz əksini tapmışdır.

Şarl Mişelin qeyd etdiyi digər əhəmiyyətli məsələ iki ölkə arasındakı kommunikasiyaların açılmasıdır. Bəyanatda  Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyişin olduğu bildirilmişdir. Təsadüfi deyil ki, Paşinyan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmən etiraf etmişdir. Avropa İttifaqı isə Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşdırılması təklifinə dəstək göstərmişdir. Avropa İttifaqı Şurası Prezidentinin bəyanatında Azərbaycan Ermənistan arasındakı humanitar məsələlər, o cümlədən saxlanılan şəxslərin azad edilməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi istiqamətində danışıqların bundan sonrakı görüşlərdə davam etdirələcəyi yer almışdır.

Sonda xüsusi vurğulamaq lazımdır ki, daim öz öhdəliklərindən boyun qaçıran Ermənistan bu dəfə ölkəmizin sülh siyasətinə qarşı hər hansı bəhanə gətirə bilmədi. Çünki Azərbaycanın arqumentlərinin əsaslı olduğu məhz Avropa İttifaqı platformasında da öz təsdiqini tapdı. Brüssel görüşü, həmçinin qərb qonşumuzun daxilində xaricindəki revanşist qüvvələrə böyük dərs verdi. Başqa mühüm məqam isə -nin Cənubi Qafqazda sülhün bərqərar olunmasını özünün geostrateji prioritetləri sırasına daxil etməsi idi. İyul ayında növbəti Brüssel görüşünün planlaşdırılmasını Şarl Mişelin onun timsalında -nin məsələyə ciddi yanaşmasının təzahürü kimi qəbul etmək mümkündür.

Nəzrin ELDARQIZI,

"Respublika".