BQXK-dən yardım almaq olar, Qızıl Aypara Cəmiyyətindən yox?
Siyasət

BQXK-dən yardım almaq olar, Qızıl Aypara Cəmiyyətindən yox?

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) yüz illərdir fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatdır. Təşkilat ictimai qurum deyil, yəni qeyri-siyasi qurumdur və bitərəf möqvedən çıxış etməlidir. Komitə qlobal miqyasda status daşıyır. Bütün dövlətlər onların mandatını qəbul edir. Azərbaycan da həmçinin, illər ərzində qurumla əməkdaşlıq həyata keçirib. Lakin onların son fəaliyyətləri Azərbaycana münasibətinin qərəzli olması şübsəsini yaradır.

Bu barədə deputat Zahid Oruc "Respublika"ya danışıb: "Biz görəndə ki, BQXK-in nəqliyyat vasitələri "humanitar" yardım adı ilə cinayətkar fəaliyyət aparır və hətta bəzən Ermənistanla Azərbaycan arasındakı konfliktdə rol oynayır, bu halda,  dövlətimiz öz münasibətini ifadə edib. İkinci olaraq, 4 minə yaxın itkinin taleyi hələ də bəlli deyil. Biz bilirik ki, o itkinlərimizin hamsı sağ deyil, onlar kütləvi şəkildə qətlə yetirilib. Torpağımız genosidə, ekosidə məruz qalıb, mədəniyyət baxımından soyqırıma uğrayıb. Minalar təmizləndikdən sonra da kütləvi ölümlərin izləri ortaya çıxacaq. Torpaq o qətlləri qoruyub saxlayan bir arxivə çevrilib. Xankəndində yaşayan ermənilər BQXK-dən hər bir yardımı alır. Əlbəttə, biz buna qarşı deyilik, Azərbaycanın humanitar fəlakət törətmək niyyəti yoxdur. Ölkəmizin sadə, əliyalın, mülki ermənilərlə işi yoxdur. Burda sual olunur: BQXK-dən yardım almaq olar, amma Qızıl Aypara Cəmiyyətindən yox? Burdadamı din savaşı ortdadır? Lakin mən düşünürəm ki, sadə ermənilər onları girov edən qüvvələrdən fərqli düşünür. 30 il əvvəl yüz minlərlə insan meydanlarda idi, indi onlar hamsı yaxşı başa düşür ki, Köçəryan, Sarkisyan və digərləri hakimiyyətdən getdi, bunlar ac meydanda qaldılar".

Nurcan SÜLEYMANOVA,

"Respublika".