Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktorunun ölkəmizə səfəri başa çatıb
Sosial həyat

Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktorunun ölkəmizə səfəri başa çatıb

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru Yanne Holst-Hübner ölkəmizdə işgüzar səfərdədir.

Səfər çərçivəsində icraçı direktor Naxçıvan şəhərində olub, Heydər Əliyev muzeyini ziyarət edib, ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olub. Qonaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti ilə tanış olub gənc prokurorluq əməkdaşları ilə görüş keçirib.

2024-cü ildə ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağına hazırlıq məqsədilə yaradılmış yerli təşkilat komitəsinin iclası keçirilib, bir sıra təşkilati məsələlər müzakirə edilib.

Yanne Holst-Hübnerin ölkəmizə işgüzar səfəri başa çatıb.

"Respublika".