Beynəlxalq Olimpiya Komitəsi məsələyə həssas yanaşmalıdır
Siyasət

Beynəlxalq Olimpiya Komitəsi məsələyə həssas yanaşmalıdır

Əlbəttə ki, Fransa dövləti hansısa beynəlxalq səviyyəli oyun keçirəcək vəziyyətdə deyil, çünki mövcud infrastruktur buna imkan vermir. Ümumiyyətlə, Fransada son dövrlər baş verən hadisələr, ölkə daxilindəki ciddi təlatümlər onu deməyə əsas verir ki, belə bir mötəbər idman turniri Paris üçün əsla məqbul məkan deyil. Lakin bütün bunlara baxmayaraq, biz görürük ki, Fransanın və onun ətrafındakı neoimperialist dairələrin təxribatları davam edir. Bu təxribatların nəticəsində Fransanın kollektiv dünya ilə münasibətləri get-gedə zədələnir və bu gün ölkə daxilində sosial narazılıqlar pik həddədir.

Xatırladaq ki, sarı jiletlilər aksiyasından çox uzun bir müddət keçməyibdir. Makronun sonuncu pensiya islahatları da ölkədə üsyan səviyyəsinə çatmışdı. Belə olan təqdirdə, Fransanın daxilində təhlükəsizlik vəziyyəti özü-özlüyündə şübhələr yaradır. Bu ölkədə futbolla bağlı stadionlar və infrastruktur olsa da Yay Olimpiya Oyunları kimi nüfuzlu oyunlar keçirəcək vəziyyətdə deyil. Həm də Yelisey sarayı hörmətsizlik edərək bu oyunlara hazırlaşmır və özünü elə aparır ki, sanki artıq tam olaraq oyunlara heç kim etiraz etməyəcək. Lakin ictimai rəy, sosioloji sorğular və fransızlar arasında aparılan tədqiqatlar da göstərir ki, hazırda Fransada ümumiyyətlə, əhalinin özü belə oyunların keçirilməsinə etiraz edir. İctimaiyyət belə düşünür ki, Fransa əsla bu oyunları keçirməyə hazır deyil. Beləliklə, Beynəlxalq Olimpiya Komitəsi bu məsələyə həssaslıqla yanaşmalı və bu tədbiri Parisdən geri almalıdır.                                      

Tural İSMAYILOV,

politoloq.