Beynəlxalq konfransda Azərbaycan nümayəndəsi iştirak edib
Digər xəbərlər

Beynəlxalq konfransda Azərbaycan nümayəndəsi iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev BMT-nin Əlilliyi olan şəxslərin Hüquqları üzrə Komitəsinin 16-cı konfransında iştirak edib.

20 iyun ƏƏSMN-nin məlumatında bildirilir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən tədbirdə Təşkilatın "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına qoşulan ölkələr təmsil olunub. Konfransda çıxış edən S.Qocayev Azərbaycanın 2008-ci ilin oktyabrında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasını və bu Konvensiyanın Fakültativ Protokolunu ilk imzalayan ölkələrdən biri olduğunu vurğulayıb.

Konvensiyaya uyğun olaraq Azərbaycan hökuməti tərəfindən aparılan işlər, 2018-ci ildə ölkəmizdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun qəbul edildiyi, həmin şəxslərlə bağlı hüquqların geniş spektrini əhatə edən 17 yeni qanunvericilik aktının təsdiq edildiyi diqqətə çatdırılıb.

Ölkəmizdə aparılan sosial islahatların uğurları, xidmətlərin elektronlaşdırılması, əlilliyi olan şəxslərin internet saytlarından istifadəsinə bərabər şərait və imkanların yaradılması işləri qeyd olunub. Azərbaycanda əlilliyi olan şəxslər haqqında vahid elektron məlumat bazasının qurulduğu barədə məlumat verilib.

“Respublika”.