BEYNƏLXALQ İDMAN TƏDBİRİNİN SİYASİLƏŞDİRİLMƏSİ QƏTİYYƏN YOLVERİLMƏZDİR
Digər xəbərlər

BEYNƏLXALQ İDMAN TƏDBİRİNİN SİYASİLƏŞDİRİLMƏSİ QƏTİYYƏN YOLVERİLMƏZDİR

Bu günlərdə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında mənfur qonşularımızın simasızlığı, riyakarlığı, alçaq xəyanətkar xisləti bir daha  bütün dünyaya bəlli oldu. Yarışlarda 40 ölkədən gəlmiş 389 nəfər idmançı iştirak edirdi. Ölkəmiz beynəlxalq çempionatda 12 idmançı ilə təmsil olunurdu. Bundan əvvəl 2009-cu ildə cüdoçularımız, 2014- ildə oxatma komandamız İrəvanda beynəlxalq yarışlara qatılmışdı. Erməni idmançılar da 3 dəfə paytaxt Bakıda mötəbər idman tədbirlərində iştirak etmişdi. Azərbaycan hər dəfə yarışlara yüksək səviyyədə evsahibliyi etmiş, erməni idmançılarının təhlükəsizliyi beynəlxalq normalara uyğun qorunmuş onlar üçün hər cür rahat şərait yaradılmışdı.

İrəvanda Avropa çempionatının açılış mərasimində növbəti dəfə erməni vəhşiliyinin, vandalizminin şahidi olduq. Tədbirin əvvəlində iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilir, idmançılar təqdim olunurdu. Azərbaycanın  üçrəngli bayrağı səhnəyə daxil olanda zalda səs-küy, fit səsləri eşidildi. Çempionatın rəsmi akkreditasiya olunmuş şəxsi, dizayner Aram Nikolyan səhnəyə çıxaraq barbarcasına bayrağımızı yandırdı. Polis bölməsinə aparılan Aram çox qısa vaxtda sərbəst buraxıldı qəhrəman kimi alqışlandı. Cinayətkar dərhal cəzalandırılmadığından separatçı ünsürlər ikinci dəfə təxribata əl ataraq Azərbaycan Türkiyə bayraqlarını cırıb platformadan asdılar. Azərbaycan idmançıları vandalizmə etiraz olaraq yarışlarda iştirakdan imtina edib Vətənə qayıtdılar.

Bayraq hər bir ölkənin müqəddəs, toxunulmaz atributlarından biridir. Aram kimi alçaq, yaramaz erməni dığasının bayrağımıza hörmətsizlik edib özünü "qəhrəman" kimi aparması terror yuvası olan Ermənistanın növbəti təxribatıdır.

Erməni separatçıları 44 günlük Vətən müharibəsində öz ölkələrinin acı, biabırçı məğlubiyyətlərini yəqin ki, unutmayıblar. Azərbaycan əsgəri Aram kimi minlərlə erməni dığasının dərsini döyüş meydanlarında layiqincə verib. Qardaş Türkiyəni təmsil edən 19 yaşlı idmançı Cansu Bektaş çempionatda yüksək qələbə qazanaraq türkün gücünü yerindəcə ermənilərə göstərdi.

Çempionatın əsas təşkilatçısı olan Avropa Ağır Atletika Federasiyası ölkəmizin milli atributunun nümayişkaranə şəkildə təhqir edilməsi ilə bağlı bəyanatla işini bitirdi. Əslində, Avropa Ağır Atletika Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi digər beynəlxalq qurumlar vandalizm aktına dərhal reaksiya verməli, təhlükəsizlik tədbirləri lazımi səviyyədə təşkil olunmadığı, olimpiya qaydaları prinsipləri ciddi şəkildə pozulduğu üçün yarışlar dayandırılmalı idi. Düşünülmüş qaydada təxribat törədildiyinə görə Ermənistanın Ağır Atletika Federasiyası maliyyə sanksiyası tətbiq edilməklə cəzalandırılmalı Ermənistan beynəlxalq yarışlara evsahibliyi hüququndan məhrum edilməli idi. Təəssüf ki, erməni vəhşiliyini, barbarlığını izləyən beynəlxalq təşkilatlar tərəfindən buna adekvat cavab verilmədi.

Vandallıq aktının Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi mərasimdə törədilməsi təxribatın arxasında siyasi məqsədlərin durduğunu bir daha təsdiqləyir. Məlumdur ki, Ermənistan hakimiyyəti hər dəfə müxtəlif təxribat bəhanələrlə sülh sazişinin vaxtını uzatmağa çalışır. Bu dəfə mötəbər idman tədbirindən istifadə edib belə bir görüntü yaratmağa çalışdılar ki, guya Ermənistan ictimaiyyəti Azərbaycanla münasibətlərin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına razı deyil. İdman isə siyasətdən çox-çox uzaqdır. Onu siyasiləşdirmək qətiyyən yolverilməzdir.

Ermənistanın ölkəmizə qarşı nümayiş etdirdiyi etnik nifrət, rasizm, ksenofobiya idmanın nəcib məqsəd prinsipləri ilə daban-dabana ziddir. Göründüyü kimi, Paşinyan hakimiyyəti regionda sülhün əldə olunmasına, xalqlar arasında birgəyaşayışın, inam etimadın formalaşmasına ciddi əngəl törədir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, “hayastandaim sülhü təhdid edən təcavüzkar, təxribatçı, terrorçu bir dövlətdir. Avropa çempionatı kimi mötəbər yarışmadan siyasi dividend qazanmaq istəyən bir ölkə bundan sonra beynəlxalq tədbirlərə evsahibliyi edə bilməz.

Əlisəfa HƏSƏNOV,

"Respublika".