Pakistan İslam Respublikası
Digər xəbərlər

Pakistan İslam Respublikası

"Saflar Torpağı" adlanan Pakistan əzəmətli Asiya mənzərələri müxtəlif mədəni ənənələri ilə zəngin ölkədir. İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzv ölkələrindən biri, mühüm geosiyasi mövqeyi olan nüvə dövləti Pakistan gənc olmasına baxmayaraq, qədim tarixə malikdir. Cənubdan Ərəbistan dənizi Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunan ölkənin Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşir Omanla dəniz sərhədinə sahibdir. Ölkənin ümumi sahəsi 881,913 kvadratkilometrdir. Pakistanın paytaxtı İslamabad şəhəri, rəsmi dili isə urdu dilidir, lakin hindi, pəncab, bəluçi, puştu, pakt, fars digər şərq dilləri gündəlik həyatda geniş istifadə olunur. Ölkə Qaraqorum, Hinduquş Pamir dağlıq ərazilərindən ibarətdir. Dünyada hündürlüyü səkkiz min metrdən yüksək olan 14 dağ zirvəsindən beşi burada yerləşir. Pakistan mussonların güclü təsiri altında formalaşır. Ölkənin əksər hissəsində tropik, şimal-qərbdə subtropik, quru yalnız dağlarda daha rütubətli iqlim müşahidə olunur.

Pakistanın şimalında şimal-şərqindəki dağlarda iynəyarpaqlı yarpaqlı meşələr ölkə ərazisinin 3 faizini təşkil edir. Jelam Hind çaylarının kəsişməsində yerləşən Potvar yaylasının cənub kənarını təşkil edən Duz silsiləsində, həmçinin Himalay dağlarının ətəklərində ölkənin bəzi digər bölgələrində subtropik meşəliklər mövcuddur.

Pakistan inkişaf etməkdə olan aqrar sənaye ölkəsidir. Ölkənin onurğa sütunu kənd təsərrüfatıdır. Kənd təsərrüfatı islahatları, o cümlədən buğda yağlı bitkilərin istehsalının artırılması hökumətin iqtisadi islahatlar paketinin əsasını təşkil edir. Buğda, şəkər çuğunduru, pambıq düyü məhsullarının ümumi dəyəri 75 faizdən çoxdur. Ölkə enerji təhlükəsizlik təminatında əhəmiyyətli irəliləyişlər edir. Pakistanda toxuculuq sənayesi ilə yanaşı, əczaçılıq sənayesi inkişaf etmişdir.

"Kriket" ölkənin ən populyar idman növüdür. Pakistanın milli kriket komandası dünyanın ən güclü komandalarından biridir. Otüstü xokkey ölkədə kifayət qədər yayılıb.

Pakistanlılar mehriban qonaqpərvər insanlardır, böyüklərə hörmət mühüm yer tutur. Ailə mənafeyinə toxunan hər bir ciddi məsələdə böyüklərlə məsləhət edilir, onların rəyi nəzərə alınır. Pakistan qadınların kişilərlə bərabər hüquqa malik olan azsaylı İslam ölkələrindən biridir, lakin ailə daxilində qadınların statusu hələ İslam ənənələri ilə müəyyən edilir. Burada Avropa üslubunda geyinənlərə çox nadir hallarda rast gəlinir. Qadınlar, həmçinin zinət əşyalarına çox üstünlük verir, bunların içərisində "çuriya" bilərzikləri xüsusi yer tutur

Zəngin mədəni irsə malik ölkə öz musiqisi ilə tanınır, onun mənşəyi ilk "raqalar"ı bəstələyən XIII əsr şairi musiqiçisi Əmir Xosrov Dəhləviyə gedib çıxır. Bundan əlavə, sufi ənənəsinin bir hissəsi olan dini mahnılar növü "qəvvali" məşhurdur. Qəvvali sərbəst ritmə klassik musiqi formasına malik melodik şeir-mahnılara əsaslanır. Bu ölkənin memarlığı monqol ingilis müstəmləkə memarlıq formalarının zəngin birləşməsindən ibarətdir. Bu birləşməni qırmızı qum daşı, mərmərdən istifadə edilməklə tikilmiş, qiymətli daşlarla bəzədilmiş nəhəng günbəzlərdə, zərif qüllələrdə, tağlarda aydın görmək olar.

Pakistanın mətbəxi xalqı qədər müxtəlifdir. Hind, türk, əfqan iran kulinariya ənənələri Pakistan mətbəxinə təsir göstərib. Əsas ərzaq məhsulları ət, tərəvəz, mərcimək, buğda, düyü süddür. Ədviyyatlar Pakistanda çox yayılmışdır.

Azərbaycan həmişə dost ölkələrə qarşılıqlı etimad mühiti çərçivəsində strateji səmimiyyət nümayiş etdirdiyi kimi, öz müttəfiqlərindən eyni münasibəti görür, onların mənəvi-siyasi dəstəyini alır. Bu baxımdan, Azərbaycanla Pakistanı çox sıx tarixi əlaqələr bağlayır. Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən biri olan Pakistanla diplomatik əlaqələrin əsası 1992-ci ildə qoyulub. Hələ 1993- il aprelin 30-da Qarabağ münaqişəsi ilə bağlı Pakistan ilə BMT -nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləmiş Ermənistanı təcavüzkar ölkə kimi ittiham etmişdir. Belə ki, Azərbaycana dəstək verən həmrəylik nümayiş etdirən Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb hətta onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Azərbaycan ilə Pakistan arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Pakistanın keçmiş Prezidenti Sərdar Faruq Əhməd Leghqarinin 1995-ci ilin oktyabrında Azərbaycana səfəri, həmçinin Ulu Öndər Heydər Əliyevin 1996- ilin avqust ayında Pakistana səfəri çərçivəsində münasibətlərin inkişafına xüsusi təkan verən bir sıra sənədlər imzalanıb.

Hazırda Pakistan Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə digər sahələrdə uğurla davam etdirilir. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil hər zaman mühüm rol oynayıb. Belə ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Avrasiyada yeni güc mərkəzini formalaşdıran Azərbaycan-Pakistan strateji müttəfiqliyi iki ölkə arasında fəal siyasi dialoqun yüksələn xətt üzrə inkişafına təsir göstərib. İki dövlət arasında "Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanması strateji müttəfiqliyi inkişaf zirvəsinə çatdırıb.

 Əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlər müstəsna rol oynayır. Bu səfərlər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə möhkəm hüquqi əsaslar yaradan bir sıra mühüm sənədlər imzalanıb. Bütövlükdə iki ölkənin dövlət başçısının siyasi iradəsi Azərbaycanla Pakistan arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına güclü impuls verib.

Sabiq prezident Pərviz Müşərrəfin 2004- ilin iyulun 8- Bakıya üçgünlük rəsmi səfəri zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, hökumətlərarası saziş, həmçinin Azərbaycan Respublikası Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb.

2005-ci il aprelin 12- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana iki günlük rəsmi səfər edib. Səfər zamanı ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb. Sonrakı illərdə Prezident İlham Əliyevin Asif Əli Zərdari, Məmnun Hüseynlə görüşləri siyasi-hərbi, iqtisadi-humanitar əlaqələrdə yeni səhifələr açıb.

Azərbaycan-Pakistan əlaqələrində xüsusi yeri olan humanitar sahədə münasibətlərimiz daim inkişaf etməkdədir. 2005-ci il oktyabrın 8- Pakistanın şimalında baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xəttilə Pakistanın zəlzələdən zərər çəkmiş ərazilərində bir sıra humanitar aksiyalar keçirilib. Əlaqələrin möhkəmlənməsinə, o cümlədən humanitar əməkdaşlığın dərinləşməsinə verdiyi sanballı töhfələrə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2015-ci ildə ölkənin yüksək mükafatı - "Hilal-e Pakistan" ordeni ilə təltif olunub. Həmçinin Mehriban xanım Əliyeva Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı", Pakistanın "Qadın Könüllülər Təşkilatı" tərəfindən "İnsanlığın Simvolu", "2012-ci ilin Qadını" mükafatlarına da layiq görülüb.

Prezident İlham Əliyevin 2016- 2017-ci illərdə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şəriflə görüşü olub. 2017-ci ilin yanvar ayından etibarən isə Pakistan respublikamıza sadələşdirilmiş viza prosedurlarının - onlayn viza sisteminin şamil olunduğu ölkələrin siyahısına daxil edilib.

2019-cu il oktyabrın 26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən sammiti çərçivəsində cənab İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşləri ikitərəfli əlaqələrin dinamizmini daha da möhkəmləndirib. 2022-ci ilin oktyabr ayında Astanada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6- Zirvə Toplantısının plenar iclasında Pakistanın baş naziri Şahbaz Şəriflə səmimi görüşü baş tutub.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsində həm Pakistanda, həm Azərbaycanda keçirilən biznes forumların böyük əhəmiyyəti var. Azərbaycanla Pakistan arasında ticarət kənd təsərrüfatı sahələrində birgə işçi qrupları fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin getdikcə genişlənməsi məmnunluq doğurur. Hər iki ölkədə investisiya fəallığını artırmaq üçün geniş imkanlar, eyni zamanda turizm sahəsində yaxşı perspektivlər mövcuddur. Həmçinin 2023- ilin may ayında Azərbaycan Pakistan qarşılıqlı ticarət investisiyaların təşviqini müzakirə edib. Burada energetika, tranzit-logistika sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Pakistanın Qarabağ münaqişəsi ilə bağlı dəyişməz qəti mövqeyi bütün dünyaya məlumdur. 44 günlük Vətən müharibəsində xalqımızın arxasında əsl dostlarının dayandığını hiss edən Azərbaycanın özünəinam hissi daha da artdı ərazi bütövlüyünün təmin olunması uğrunda ədalətli mübarizəsini axıradək qətiyyətlə davam etdirdi. Dar gündə qardaşlıq əlinin uzadılmasını qədirbilən Azərbaycan xalqı heç vaxt unutmayacaq. Təbii ki, dövlətlərimiz arasında dostluq, səmimi qardaşlıq münasibətləri bundan sonra da daha geniş vüsət alacaq.

 Arzu ASİFQIZI,

"Respublika".