Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
Siyasət

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

"Respublika" xəbər verir ki, forum iştirakçıları öncə Zəngilan şəhərinə gəliblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Ekspertlər bir gün əvvəl Bakıda başlayan beynəlxalq forumun öz işini davam etdirəcəyi Laçın şəhərinə də səfər edəcəklər.

Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir.

Forum iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və Azərbaycanın “yaşıl enerji” sahəsində fəaliyyətini müzakirə edəcəklər.