Berlindəki konfrans Qərbi azərbaycanlıları qayıdışa səsləyəcək
Digər xəbərlər

Berlindəki konfrans Qərbi azərbaycanlıları qayıdışa səsləyəcək

Qərbi azərbaycanlılar dəfələrlə deportasiyaya məruz qalmışlar. Erməni vandallarının soydaşlarımıza qarşı törətdikləri terror hadisələrini sadalamaqla qurtarmaq olmaz. Haylar son 200 ildə xalqımıza qarşı hansı vəhşilikləri törətməmişlər? XX əsrdə Qərbi Azərbaycandakı həmvətənlərimiz 4 dəfə deportasiyaya məruz qalmış, minlərlə insan amansızlıqla qətlə yetirilmişdir.

İndi qarşıda duran əsas vəzifə onların hüquqlarının bərpa edilməsi, yurd həsrətli soydaşlarımızın tarixi ata-baba torpaqlarına qayıtmalarıdır. Buna nail olmaq üçün beynəlxalq müstəvidə təqdirəlayiq işlər həyata keçirilməlidir. Vurğulamaq lazımdır ki, bu məqsədlə Qərbi Azərbaycan İcmasında rəqəmsal platforma hazırlanır. Platformada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz - ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycanın tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapacaqdır. Həmçinin, nəzərdə tutulmuşdur ki, ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilsin. Əlbəttə, bu konfranslara bizə dost olan ölkələrdən alimlər, arxeoloqlar tarixçiləri dəvət edəcəyik.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanır. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla da bu informasiyaları əldə etmək olar. Azərbaycanlıların yaşadıqları ərazilərin əksəriyyətində bu gün heç kim yaşamır

Qərbi Azərbaycan İcmasının mütəşəkkil formada fəaliyyət göstərməsi həm Qərbi azərbaycanlılar, ümumilikdə, bütün Azərbaycan xalqı üçün çox önəmlidir.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşündən sonra onlarda böyük bir coşqu, inam yaranmışdır, əmindirlər ki, çox tezliklə qəribsəmiş yurd yerlərinə qayıdacaqlar.

Bu gün dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, o cümlədən Qərbi Azərbaycandan olan insanlar 35 ildir ki, erməni işğalı altında olan torpaqlarımıza qayıtmaları üçün geniş aparır, hüquqlarının bərpasına çalışırlar. Qürur hissi ilə qeyd etmək lazımdır ki, 7 may 2023- ildə Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində "Beynəlxalq Hüquqda Qayıdış Deportasiya, Konsepsiya Məzmun" adlı konfrans keçiriləcəkdir.

Konfransın əsas məqsədi beynəlxalq hüquqda əks olunmuş "Vətənə qayıdış hüququ"na əsaslanmaqla Qərbi Azərbaycandan erməni vandalları tərəfindən qovulmuş soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması bu sahədə beynəlxalq məlumatlılığın artırılması istiqamətində fikir mübadiləsi aparmaqdır.

Əminik ki, konfransda erməni şovinistlərinin törətdikləri terror hadisələrinə hüquqi qiymət veriləcək, Qərbi azərbaycanlıların doğma yurdlarına Qayıdışı Konsepsiyası konfrans iştirakçıları tərəfindən dəstəklənəcəkdir.

Arif NİFTALIYEV,

Özbəkistan Respublikası, adamı