Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans
Digər xəbərlər

Berlində Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans

İndiki Ermənistan ərazisindən zorla qovulmuş hazırda dünyanın  müxtəlif ölkələrində  məskunlaşmış azərbaycanlıların iştirakı ilə  mayın 7- Almaniyanın paytaxtı Berlin şəhərində qayıdış hüququ mövzusunda konfrans keçirilib.

Almaniya Azərbaycanlıları  Alyansı Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan 100-ə yaxın  Qərbi azərbaycanlı iştirak edib.

Qərbi Azərbaycan İcmasının  sədri, millət vəkili  Əziz Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən  tədbirdə İcmanın İdarə Heyətinin sədr müavini Ramil Həsən   ictimaiyyətlə əlaqələr şöbəsinin  müdiri  Ülviyyə Zülfüqar çıxış edərək Qərbi azərbaycanlıların 35 ildir ki, öz ata-baba yurdlarından didərgin düşdüklərini qeyd ediblər.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin  bir qrup Qərbi azərbaycanlılarla görüşü olmuşdur. Tədbirdə əminliklə bildirilmişdir kiVətən müharibəsində tarixi qələbəmizdən sonra əsas hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Bu məqsədlə Qayıdış Konsepsiyası hazırlanmışdır.

Konfrans iştirakçıları  vurğulayıblar ki,   Qərbi azərbaycanlılar tezliklə ata-baba yurdlarına dönəcək, onların itirilmiş hüquqları bərpa olunacaq, dünya  ictimaiyyəti bu haqq işimizə dəstək verəcək, Qayıdış Konsepsiyasının  reallaşmasında Berlin  Konfransı müstəsna rol oynayacaq.

Qədir ASLAN,

"Respublika".