Basketbol üzrə Azərbaycan millisi və “Neftçi”nin oyunlarının təqvimi açıqlanıb
İdman

Basketbol üzrə Azərbaycan millisi və “Neftçi”nin oyunlarının təqvimi açıqlanıb

Macarıstanın Debretsen şəhərində 27-28 avqust tarixlərində 12 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının 20-ci mərhələsi baş tutacaq.

Azərbaycan Basketbol Federasiyasından “Respublika”ya verilən məlumata görə, bu mərhələdə iştirak edəcək qadınlardan ibarət millimiz D qrupunda "Düsseldorf Zoos" (Almaniya) və "Qyor" (Macarıstan) klubları ilə qarşılaşacaq.

Təmsilçimiz “Neftçi” isə B qrupunda ABŞ və Ukrayna yığmaları ilə mübarizə aparacaq.

Millimiz qrupdakı ilk oyununu avqustun 27-də Bakı vaxtı ilə saat 15:40-da "Düsseldorf Zoos" klubuna qarşı, “Neftçi” isə həmin gün Bakı vaxtı ilə saat 14:50-də Ukrayna seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqla