Baş Prokurorluğun rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib
Sosial həyat

Baş Prokurorluğun rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilir.

Prokurorluq əməkdaşları Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıblar.