Baş nazir Əli Əsədov Tbilisidə Qəhrəmanlar abidəsini ziyarət edib
Sosial həyat

Baş nazir Əli Əsədov Tbilisidə Qəhrəmanlar abidəsini ziyarət edib

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Tbilisidəki Qəhrəmanlar abidəsini ziyarət edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinin üzvləri abidənin önünə əklil qoyublar.