Oktyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Baş nazir Moskva şəhərində 2-ci Xəzər İqtisadi Forumunda iştirak edəcək, həmçinin bir sıra Xəzəryanı ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
AZƏRTAC