Baş nazir:
Digər xəbərlər

Baş nazir: "Almaniyada nüvə enerjisindən istifadə olunmayacaq"

Almaniya kansleri Olaf Şolz Almaniyada artıq nüvə enerjisindən istifadə edilməyəcəyini bildirib.

“Respublika” bu barədə “Anadolu Agentliyi”nə istinadən xəbər verir.

Şolz atom elektrik stansiyalarının söküldüyünü qeyd edib. Nüvə enerjisinə son qoyulması qərarının illər əvvəl alındığını xatırladan Şolz bildirib ki, qanun mərhələli şəkildə ləğv edilib: “Əgər yeni atom elektrik stansiyaları qurmaq istəyirsinizsə, bu, 15 il çəkəcək və bunun üçün 15-20 milyard avro xərcləməli olacaqsınız”.

Röya RÜSTƏMLİ,

“Respublika”.