Bank BTB-dən yeni Visa Infinite kartları
İQTİSADİYYAT

Bank BTB-dən yeni Visa Infinite kartları

Bank BTB yeni premium kart məhsulunu müştərilərin istifadəsinə təqdim etdi. VİP kart sayılan Visa Infinite müştərilərin ən yüksək tələblərini məmnun edən özəl xidmətlər təqdim edir.

Belə ki, yeni Visa Infinite kartları ilə bankın müştəriləri bir çox üstünlüklərdən yararlana biləcək: Restoranlarda endirimlər; Alış-veriş endirimləri; Tam beynəlxalq səyahət sığortası; İldə 10 dəfə pulsuz COVID-19 test imkanı; İldə 6 dəfə Pulsuz Lounge Key xidməti; Avtomobil kirayəsinə 35%-dək endirim; Fast Line; Xüsusi endirimlər proqramı və s.

Bundan əlavə, Qlobal Dəstək Xidməti vasitəsilə kart itirildikdə kartın dəyişdirilməsi və müştərinin nağd pul ilə təmin edilməsi və bir çox əlavə üstünlüklər Visa Infinite kart müştərilərinə təqdim edilir.

Bəybala BƏYBALAYEV,

“Respublika”.