Energetika naziri Şəmkirdə vətəndaşları qəbul edib
İQTİSADİYYAT

Energetika naziri Şəmkirdə vətəndaşları qəbul edib

Martın 3-də energetika naziri Pərviz Şahbazov Şəmkir rayon Gənclər Mərkəzində vətəndaşları qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqların mühafizə zonası, elektrik avadanlıqlarının istismara yararsız vəziyyəti, elektrik xətlərinin çəkilişi, elektrik enerjisinin keyfiyyəti, qaz təchizatı, qazdan istifadəyə görə yaranmış borc, sayğacların quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün lazımi tapşırıqlar verilib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Şəmkir və Tovuz rayonlarından olan 36 vətəndaş iştirak edib.