Bakıdakı 6 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
Elm və təhsil

Bakıdakı 6 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 6 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

“Respublika” xəbər verir ki, bu barədə BŞTİ məlumat yayımlayıb. Bildirilib ki, hazırda 313 nömrəli tam orta məktəbin əsas korpusunun əsaslı təmiri və əlavə korpus tikintisi, 99, 116, 101, 286 və A.Məmmədov adına məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmir işləri davam edir.

Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Qeyd edək ki, 2022-2023-cü tədris ili ərzində ehtiyac olan ərazilərdə 4 yeni məktəb (292, 334, 335, 133 nömrəli) və 2 məktəbəqədər (13 və 14 nömrəli) təhsil müəssisəsi tikilərək istifadəyə verilib.

Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.

Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.