Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir
Mədəniyyət

Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə oktyabrın 10-da Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfransın açılış mərasimi  keçirilir.
"Respublika" xəbər verir ki, tədbirin açılış mərasimi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqlarının və bir sıra nüfuzlu ictimaiyyət adamlarının iştirakı ilə baş tutur.
Qeyd edək ki, beynəlxalq tədbirdə Türk Dövlətləri Təşkilatının rəhbərliyi, Türk dövlətlərindən tarixi şəhər və qoruqlarının rəhbərləri, ekspertləri və İdarənin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Tədbir 13 oktyabra qədər davam edəcək.