Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub
Digər xəbərlər

Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın növbəti iclası keçirilib.

İclasda "Azərbaycan Hava Yolları" QSC-nin, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

İclasda iştirakçılar mülki aviasiyanın hazırda bütün dünyada üzləşdiyi çağırışları, Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra əsas məsələləri müzakirə etmiş, gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas prioritetləri müəyyən edib.

Görüşdə aviasiya təhlükəsizliyi mədəniyyətinin hərtərəfli tətbiqinin zəruriliyi və aviasiya təhlükəsizliyinin təmin edilməsinin "Azərbaycan Hava Yolları" üçün birinci dərəcəli prioritet kimi vacibliyi vurğulanıb.

AZAL-ın bütün strukturlarının bundan sonra da digər idarələrlə əlaqəli şəkildə bu məsələyə böyük diqqət göstərəcəyi bildirilib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti.