Bakı Təşəbbüs Qrupunun üzvü Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıb
Digər xəbərlər

Bakı Təşəbbüs Qrupunun üzvü Fransanı müstəmləkə siyasətinə son qoymağa çağırıb

Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü Ella Tokoraqi BMT-də çıxışında deyib: "Fransa 1966-1974-cü illərdə 200-ə yaxın nüvə sınağının vurduğu zərərin maddi, ekoloji və sosial baxımdan kompensasiyası prosesinə hələ də başlamayıb".

Fransanın bu mövqeyinin onun müstəmləkəçilik siyasətini davam etdirməsini təsdiqlədiyini qeyd edən E.Tokoraqi daha sonra bildirib: "Üstəlik, bu, dekolonizasiyaya dair qərar qəbul edilməsinə baxmayaraq, Fransa hakimiyyətinin buna hörmət etməməsinin sübutudur.

Fransa ədaləti bərqərar edəcəyi və təzminat prosesinə başlayacağı təqdirdə bu ölkəni bağışlayacağıq.

Biz Fransanı ədalətli mövqe tutmaq və ölkəmizin gələcəyi ilə bağlı vicdanlı dialoqda məsuliyyəti öz üzərinə götürməklə bağlı çağırışımızı bir daha bildirmək istəyirik".

"Respublika".