Azərbaycanın müdafiə naziri ilə ABŞ müdafiə katibinin siyasi məsələlər üzrə müavini arasında telefon danışığı olub
Məlumat

Azərbaycanın müdafiə naziri ilə ABŞ müdafiə katibinin siyasi məsələlər üzrə müavini arasında telefon danışığı olub

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.