Azərbaycanın müdafiə naziri Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb
Gündəm

Azərbaycanın müdafiə naziri Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb.
Bu barədə "Respublika"ya Müdafiə Nazirliyindən xəbər verilib.   

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.