Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı ilə 63,1 min ton yük, 493,7 min sərnişin daşınıb.
“Respublika” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,5 % və 48,4 % çoxdur.
Sərnişin daşımalarının 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.