Azərbaycan xalqı faşizm üzərində qələbədə böyük hünər göstərib
Digər xəbərlər

Azərbaycan xalqı faşizm üzərində qələbədə böyük hünər göstərib

Ümumilikdə Azərbaycan xalqının tarixi bir qəhrəmanlıq dastanıdır. Hər səhifəsində Ana yurda bağlılıq, vətənpərvərlik, torpağına göz dikənlərlə, işğalçılarla mübarizə, milli azadlıq mücadilələri yer alıb. Həmçinin qəhrəman müdrik xalqımız bəşəri təhlükələrə qarşı mübarizələrin önündə gedərək dünya tarixində dərin iz qoyub.

Dünyanın başı üzərini faşizm təhlükəsi alarkən Azərbaycan xalqı qəti mövqe ortaya qoydu, 1941-ci ildə elan edilən səfərbərlik respublikamızda ümumxalq hərəkatına çevrildi. Təkcə könüllülərin sayı minlərlə idi. Kişilərlə yanaşı, qadınlar da cəbhəyə yola düşürdülər. Müharibə illərində 11 mindən çox azərbaycanlı qadın səfərbərliyə qoşulmuşdur. İkinci Dünya müharibəsində azərbaycanlılar iştirak etdiyi bütün cəbhələrdə igidliyi, rəşadəti, cəsurluğu ilə ad çıxarıblar. Yüksək döyüş ruhu ilə faşizm üzərində qələbədə hünər göstəriblər. Mübariz xalqımızın 600 mindən artıq qeyrətli oğul qızı müharibədə iştirak edib. Azərbaycanlılardan ibarət 77-ci, 223-, 271-ci, 396-, 402-ci 416- milli atıcı diviziyalar Qafqazdan başlayaraq Berlinədək şanlı döyüş yolu keçməklə xalqımızın adını İkinci Dünya müharibəsinin qalib xalqları arasına yazıblar. Həmçinin azərbaycanlılar Polşa, Çexiya, keçmiş Yuqoslaviya digər ölkələrin azad edilməsində əzmkarlıq nümayiş etdiriblər.

170 mindən çox əsgər zabitimizin müxtəlif orden medallarla təltif edilməsi heç təsadüfü olmayıb, onlar bu adı döyüş meydanlarında qanları canları bahasına qazanıblar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adını qazanan Həzi Aslanov, həmçinin İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Gəray Əsədov xalqımızın qeyrət simvoludur. Onlar özlərindən sonra gələn nəsillərə nümunə olub, xalqımızın adını yüksəkliklərə qaldırıblar. Eləcə Qafur Məmmədovun, 17 ağır yara almasına baxmayaraq, idarə etdiyi təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın adlarını çəkmək istərdim. O cümlədən, azərbaycanlıların adları Fransanın, İtaliyanın digər dövlətlərin qəhrəmanları arasında yer aldı, həmin ölkələrin orden medalları ilə təltif edildilər.

Təbii ki, faşizm üzərində qələbədən danışarkən Bakı neftinin əhəmiyyətini qeyd etməmək olmaz. Neftçilərimiz qarşılaşdıqları bütün çətinliklərə sinə gərərək fədakarcasına cəbhəni sənayemizi yanacaqla təmin edirdilər. Yeri gəlmişkən, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə hərəkət edirdi. 1941-1945-ci illərdə Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi məhz Azərbaycandan gedirdi. Bu məsələyə münasibət bildirərkən Sovet İttifaqı marşalı Georgi Jukov deyib ki, Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində qələbəsinə qədər lazımdırsa, o qədər yanacaq verirdi. Marşal Fyodor Tolbuxin isə qeyd edib ki, Qızıl Ordu qazandığı qələbələrə görə Azərbaycan xalqına cəsur Bakı neftçilərinə borcludur. Bu etiraflar bir daha təsdiqləyir ki, Bakı nefti olmasaydı qələbə şübhə altında idi. Bir sözlə, İkinci Dünya müharibəsində Azərbaycan bütün imkanları ilə qələbənin qazanılmasına əhəmiyyətli töhfələr verib.

Ölkəmizdə faşizm üzərində tarixi Qələbənin ildönümü hər il qeyd olunur. Dövlətimizin başçısı cənab İlham Əliyev qələbə günündə Həzi Aslanovun, döyüşlərdə iştirak etmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, bayram təbriklərini çatdırır. Veteranlar hər zaman dövlətimizin diqqət qayğısı ilə əhatə olunurlar. Onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.