Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 6 avqust tarixli 429 nömrəli,
Sərəncam

Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 6 avqust tarixli 429 nömrəli,

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 409; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2020, № 8, maddə 1064; 2021, № 1, maddə 81; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 24-cü hissənin “Tədbirlər” sütununda “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə, “İcra orqanları” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

1.2. 36-cı hissənin “Tədbirlər” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “İcra orqanları” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1138; 2008, № 1, maddə 9, № 3, maddə 168; 2009, № 12, maddə 1043; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2019, № 2, maddə 257; 2021, № 1, maddə 77; 2022, № 12, maddə 1512; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın 47-ci hissəsinin “Tədbirlər” sütununun birinci cümləsində “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə, ikinci cümləsində “KİV” akronimi “Media” sözü ilə və “İcra orqanları” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.

3. “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637; 2011, № 12, maddə 1161; 2013, № 6, maddə 703, № 9, maddə 1088; 2014, № 4, maddə 404, № 7, maddə 864; 2016, № 4, maddələr 738, 750; 2018, № 1, maddə 99; 2019, № 9, maddə 1487; 2020, № 3, maddə 304) 1-ci hissəsində “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257, № 5, maddə 877; 2020, № 8, maddə 1064; 2021, № 6 (I kitab), maddə 607, № 8, maddə 947; 2022, № 8, maddə 909; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4-cü hissədə “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin;

4.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” üzrə:

4.2.1. 2.22-ci bəndin birinci abzasında “Kütləvi informasiya vasitələri” sözləri “Media subyektləri” sözləri ilə, ikinci abzasında “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin;

4.2.2. 6.3-cü bənddə “kütləvi informasiya vasitələrinin” sözləri “medianın” sözü ilə, “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 391; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2022, № 8, maddə 909, № 12, maddə 1515; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 6.2.3-cü yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

5.2. 6.5-ci bənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;

5.3. 6.5.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

5.4. 6.5.2-ci yarımbəndin “Tədbirin adı” sütununda “verilişlərində, yazılı və elektron mətbuatda” sözləri “proqramlarında, çap və onlayn mediada” sözləri ilə, “teleradio şirkətləri və kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;

5.5. 6.5.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “verilişlərinin” sözü “proqramlarının” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 aprel 2023-cü il