Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Hüquqi aktlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 602; 2010, № 9, maddə 828; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2018, № 8, maddə 1817; 2019, № 12, maddə 2101; 2021, № 8, maddə 962; 2022, № 2, maddə 173) ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Dövlət Taxıl Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikasının mülkiyyətidir və saxlanılan taxıldan ibarətdir.

Bu Qaydaların məqsədləri üçün “taxıl” dedikdə bu Qaydalara 1 nömrəli əlavədə 1-ci, 2-ci və 3-cü sinif buğdalar kimi göstərilən ərzaqlıq buğda, taxılın bazar qiyməti dedikdə buğdanın son bir təqvim ayı ərzində orta idxal statistik dəyəri nəzərdə tutulur.”.

2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Fonda taxılın tədarükü və Fondda taxılın yeniləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Dövlət Sifarişçisinin qərarı, Fonddan taxılın istifadəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.”.

3. 2.4-cü bəndə “daxili” sözündən əvvəl “o cümlədən” sözləri əlavə edilsin və həmin bənddə “müqaviləsinin” sözü “müqavilələrinin” sözü ilə əvəz edilsin.

4. 2.5-ci bənddə “məntəqələrdə laboratoriyalar” sözləri “saxlanma məntəqələrində (elevatorlarda və anbarlarda) (bundan sonra – saxlanma məntəqəsi) Dövlət Sifarişçisinin “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş laboratoriyaları (bundan sonra – laboratoriya)” sözləri ilə əvəz edilsin.

5. 3.1-ci bəndin birinci abzasından “(elevatorlarında)” sözü çıxarılsın, ikinci abzasında “hüquqi və fiziki şəxslərə” sözləri “üçüncü şəxslərə” sözləri ilə əvəz edilsin və həmin abzasdan “(elevatorlarda və anbarlarda)” sözləri çıxarılsın.

6. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Tədarük olunan taxılın saxlanma məntəqələrinə qəbulu zamanı taxıl mütləq təmizləmə prosesini keçməli və bu Qaydaların 1 nömrəli əlavəsindəki, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməlidir.”.

7. 3.3-cü bənddən “(elevatorlar və anbarlar)” sözləri çıxarılsın, həmin bənddə “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin və həmin bəndə “tələblərə” sözündən sonra “və dövlət standartlarına” sözləri əlavə edilsin.

8. 3.4-cü bəndin birinci abzasında “nəzərə alınmalıdır” sözləri “təmin edilməlidir” sözləri ilə əvəz edilsin.

9. 3.5.2-ci yarımbəndin dördüncü və altıncı abzaslarında “səlahiyyətli orqanı” sözləri “səlahiyyətli orqanı (qurumu), habelə hüquqi şəxsləri” sözləri ilə əvəz edilsin və həmin yarımbəndin üçüncü və beşinci abzasları aşağıdakı redaksiyada verilsin:

“- taxıl istehsal olunduğu ölkənin səlahiyyətli orqanı (qurumu), habelə hüquqi şəxsləri tərəfindən verilmiş taxılın keyfiyyət göstəricilərini özündə əks etdirən uyğunluğu təsdiq edən sənədlər;

- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən taxıla verilmiş idxal sağlamlıq aktı.”.

10. 3.6-cı və 3.7-ci bəndlərin birinci cümlələrində “məntəqədə” sözü “saxlanma məntəqəsində” sözləri ilə əvəz edilsin.

11. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.8. Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula və təmizlənə) bilər.”.

12. 3.10-cu bənddən “(2 nömrəli əlavə)” sözləri çıxarılsın.

13. 3.12-ci bənddə “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

14. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Fonddan taxılın istifadəsi istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək, habelə ölkənin taxıl ilə təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda taxıl məhsulları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə həyata keçirilir.”.

15. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. Fonddan taxılın istifadə üçün buraxılması (satılması) taxılın bazar qiymətinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturası nəzərə alınmaqla saxlanılmasına cəhd edilir.”.

16. 4.5-ci bəndin birinci cümləsində “həmin məhsulun kəskin qiymət artımının” sözləri “həmin məhsul üzrə kəskin qiymət artımının və təchizatın qeyri-dayanıqlılığının” sözləri ilə əvəz edilsin.

17. 4.7-ci bənddə “5” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin.

18. 5.1-ci bəndin ikinci abzasında “2 nömrəli əlavəsində” sözləri “3.8-ci bəndində” sözləri ilə əvəz edilsin.

19. 5.3-cü bəndə “taxılın” sözündən sonra “bu Qaydaların” sözləri əlavə edilsin və həmin bənddə “bəndlərə” sözü “bəndlərinə” sözü ilə, “məntəqədə” sözü “saxlanma məntəqəsində” sözləri ilə əvəz edilsin.

20. 5.4-cü bənddə “6” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin.

21. 5.5-ci bəndin birinci cümləsində “bazar qiymətlərinə” sözləri “taxılın bazar qiymətinə” sözləri ilə, ikinci cümləsində “tədarük qiymətlərindən” sözləri “bazar qiymətindən” sözləri ilə və “konyunkturasının imkan verdiyi dərəcədə” sözləri “konyunkturası nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.

22. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. Saxlanma məntəqəsindən taxılın kənara verilməsi aşağıdakı hallarda həyata keçirilir:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə taxılın istifadə üçün verilməsi;

- Dövlət Sifarişçisi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla taxılın yeniləşdirilməsi üçün verilməsi.”.

23. 7-ci hissə üzrə:

23.1. adı aşağıdakı redaksiyada verilsin:

“7. FONDUN SAXLANMASI İLƏ BAĞLI MALİYYƏ TƏMİNATI”;

23.2. 7.1-ci bənddən “Dövlət Taxıl Fondunun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar” sözləri çıxarılsın;

23.3. 7.2-ci bənddə və 7.3-cü bəndin ikinci və üçüncü abzaslarında “Fondun” sözü “Dövlət Sifarişçisinin” sözləri ilə əvəz edilsin.

24. 8.2-ci bənddə “Dövlət Taxıl Fondunun” sözləri “Fondun” sözü ilə əvəz edilsin.

25. 9-cu hissə ləğv edilsin.

26. “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”na 1, 2 və 3 nömrəli əlavələr yeni redaksiyada verilsin (əlavə olunur) və 4, 5 və 6 nömrəli əlavələr ləğv edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 27 aprel 2023-cü il

№ 138

 

“Dövlət Taxıl Fondunun saxlanması

  və istifadəsi Qaydaları”na

       1 nömrəli əlavə

Tədarük olunan, saxlanan və buraxılan taxıl üçün tələblər

Göstəricinin adı

1-ci sinif buğda üçün

2-ci sinif buğda üçün

3-cü sinif buğda üçün

1. Dənin naturası

≥ 770 q/l

≥ 760 q/l

≥ 750 q/l

2. Zibil qarışığı,

  o cümlədən:

2.1. mineral qarışığı (daş, qum, torpaq, çınqıl)

2.1.1. çınqıl

≤ 1,5%

 

≤ 0,3%

≤ 0,1%

≤ 1,5%

 

≤ 0,3%

≤ 0,1%

≤ 2,0%

 

≤ 0,3%

≤ 0,1%

3. Dən qarışığı,

  o cümlədən:

3.1. cücərmiş dən

3.2. xarab olmuş dən

≤ 3,0%

 

≤ 1,0%

≤ 1,0%

≤ 3,0%

 

≤ 1,0%

≤ 1,0%

≤ 5,0%

 

≤ 1,0%

≤ 1,0%

4. Nəmlik

≤ 14,0%

≤ 14,0%

≤ 14,0%

5. Qlüten göstəriciləri

5.1. yaş qlütenin miqdarı

5.2. qlüten indeksi

      və ya

5.3. sedimentasiya

 

≥ 32,0%

50-85 ədəd

 

≥ 50 ml

 

≥ 28,0%

50-85 ədəd

 

≥ 50 ml

 

≥ 23,0%

45-95 ədəd

 

≥ 35 ml

6. Şüşəvarilik

≥ 60,0%

≥ 60,0%

≥ 40,0%

7. Zülalın quru maddəyə görə kütlə payı

≥ 14,5%

≥ 13,5%

≥ 12,5%

8. Düşmə ədədi

≥ 200 saniyə

≥ 200 saniyə

≥ 200 saniyə

9. Qoxu və rəng – sağlam buğda dəninə  məxsus olmayan bütün digər əlamətlər

 

yol verilmir

 

yol verilmir

 

yol verilmir

                                                                                 ___________________

 “Dövlət Taxıl Fondunun saxlanması

        və istifadəsi Qaydaları”na

         2 nömrəli əlavə

Taxılın saxlanma məntəqələri üçün tələblər

1. Saxlanma məntəqələrinin ərazisi ona aid olan bütün binalar, tikililər və qurğularla birlikdə hasarlanmalı, texniki təhlükəsizlik və sanitariya qaydalarına ciddi əməl olunması, sahədən atmosfer yağıntılarının və yeraltı suların novlara axıdılması təmin edilməlidir.

2. Saxlanma məntəqələrinin ətrafı asfaltlanmış və qəbul edilmiş normalara uyğun işıqlandırılmış olmalıdır.

3. Taxılın saxlanması üçün müvafiq texniki avadanlıqla təchiz edilmiş işlək vəziyyətdə olan metal və ya beton konstruksiyalı məntəqələr (elevatorlar və anbarlar) olmalıdır.

4. Saxlanma məntəqələri nəmlik daxil ola bilən və ya tutumunda nəmlik yüksək olan binalar olmamalıdır.

5. Dənin qızışması üzrə təhlükəli temperatur həddi 23°C təşkil edir. Saxlanma məntəqələrində taxılın saxlanması prosesində dənin saxlanması temperaturunun 10-20°C-dən çox olmaması şəraiti təmin olunmalıdır.

6. Taxılın havalandırılması, soyudulması və yerinin dəyişdirilməsi üçün siloslardan ən azı biri ehtiyatda olmalıdır.

___________________

“Dövlət Taxıl Fondunun saxlanması

 və istifadəsi Qaydaları”na

 

          3 nömrəli əlavə

Dövlət taxıl fondunda saxlanmağa qoyulan taxılın təbii itki normaları

 

taxılın kütləsinə görə (faizlə)

1. Dəmir yolu nəqliyyatı (taxıl daşınması üçün nəzərdə tutulan qatarlar) ilə  daşınmalar zamanı

 

- 1000 km-ə qədər məsafədən

- 1000 km-dən 2000 km-ə qədər məsafədən

- 2000 km-dən artıq olan məsafədən

- 0.03

- 0.04

- 0.06

2. Avtomobil nəqliyyatı ilə daşınmalar zamanı

 

- 500 km-ə qədər məsafədən

- 500 km-dən 1000 km-ə qədər məsafədən

- 1000 km-dən artıq olan məsafədən

- 0.25

- 0.55

- 0.85

3. Beton konstruksiyalı elevatorlarda saxlanma zamanı

 

- 3 aya qədər saxlandıqda

- 6 aya qədər saxlandıqda

- 12 aya qədər saxlandıqda

- 0.06

- 0.07

- 0.13

- 24 aya qədər saxlandıqda

- 0.17

4. Metal konstruksiyalı elevatorlarda saxlanma zamanı

 

- 3 aya qədər saxlandıqda

- 6 aya qədər saxlandıqda

- 12 aya qədər saxlandıqda

- 24 aya qədər saxlandıqda

- 0.05

- 0.06

- 0.12

- 0.16

5. Taxılın qablaşdırılması və yüklənməsi zamanı

- 0.55

6. Dəmir yolu nəqliyyatından elevatora və əksinə boşaldılma zamanı

- 0.25

7. Avtomobil nəqliyyatından elevatora və əksinə boşaldılma zamanı

- 0.25

8. Gəmidən birbaşa elevatora və əksinə boşaldılma zamanı

- 0.45

9. Gəmidən dəmir yolu və avtomobil nəqliyyatına və əksinə boşaldılma   zamanı

 

- 0.15

10. Taxılın havalandırılması və qurudulması zamanı - nəmliyin dəyişməsinə əsasən

 

- 1.00