Azərbaycan Qoşulmama Hərəkatına tam layiqli formada sədrlik edir
Siyasət

Azərbaycan Qoşulmama Hərəkatına tam layiqli formada sədrlik edir

“Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər görüşündə Fransanın hazırki müstəmləkə siyasətinin qurbanları olan Yeni Givineya, Yeni Kolidoniya kimi müstəmləkələrin nümayəndələrinə də şərait yaradılıb. Onların azadlığını təmin etməsi üçün müqəddəratın təyin edilməsi, bundan başqa, haqq və hüquqlarının tapdalanmasına qarşı anti-imperialist və anti-kolonialist siyasətə qarşı sağlam bir duruş sərgilənib”. 

Bu fikirləri politoloq Turan Rzayev “Respublika”ya verdiyi açıqlamada bildirib.

Turan Rzayev həmçinin qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında maksimum dərəcədə şəffaflıq yaradıb: “Dövlətimiz haqsızlıqlardan, münaqişələrdən əziyyət çəkən və səsini eşitdirə bilməyən ölkələrin səsi olub və həm də öz nüfuzundan istifadə edərək, bu ölkələr üçün açıq platforma yaradıb. Bu baxımdan deyə bilərik ki, Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatı üçün bir dönüş nöqtəsi oldu. Azərbaycanın sədrliyinə qədər Qoşulmama Hərəkatında həll edilə bilməyən bir çox məsələlərə artıq müvəffəqiyyətlə nail olunub”. 

Töhfə SƏMƏDOVA, 

“Respublika”.